Avoqadro sabiti (Avoqadro ədədi)[1] — fiziki kəmiyyət olaraq maddə miqdarı bir mol olan maddədə struktur vahidlərin (atom, molekul, ion və ya digər zərrəciklərin) sayını göstərir. Avoqadro sabiti təmiz 12C izotopundan ibarət karbondakı atomların sayı ilə təyin olunur və adətən NA, bəzən isə L kimi işarə edirlər. Yuxarıdakı tərifdən istifadə edib Avoqadro sabitini karbonun 12C izotopunun kütləsi ilə ifadəsini yazmaq olar:
BS-də Avoqadro sabitinin vahidi kimidir.
Avoqadro ədədinin 2014-cü ildə CODATA tərəfindən tövsiyə olunan qiyməti[2] aşağıdakı kimidir :
Dairəvi mötərizələrdəki ədəd kəmiyyətin qiymətinin axırıncı rəqəmlərdəki standart xətasını göstərir. Avoqadro sabiti fundamental fiziki sabitlərdən biridir və bir çox digər fiziki sabitlərin (Boltsman sabiti, Faradey sabiti və s.) təyin olunması üçün mühüm əhəmiyyət kəsb edir. Avoqadro sabitinin təyin olunmasının bir-brindən asılı olmayan müxtəlif üsulları mövcuddur. Bu kəmiyyətin təyin olunmasının ən yaxşı eksperimental üsulu mollarının sayı məlum olan mürəkkəb maddənin elektrolitik ayrılması üçün lazım olan elektrik yükünün ölçülməsi və elektronun yükünün ölçülməsinə əsaslanır.